Laçınlı məcburi köçkün ailəyilə birlikdə çöllərdə qalıb

Cəmiyyət

100

 Laçınlı məcburi köçkün ailəyilə birlikdə çöllərdə qalıbVidadi Hətəmov: «Müşfiqabaddakı Köçkün Şəhərciyində 5 evi olana birini də verirlər, mənsə evsiz qalmışam»

Laçın rayonundan məcburi köçkün düşmüş Vidadi Hətəmov çıxılmaz vəziyyətdə qalıb. Buna səbəb onu kirayə qaldığı mənzildən imkansızlıq üzündən çıxarılmasıdır.

Hətəmov JAM.AZ-a göndərdiyi məktubunda qeyd edir ki, 8 ildir kirayələrdə yaşayır. «İki uşağım var, əlil atam himayəmdədir. Əvvələr 2 ilə qədər Müşviqabad qəsəbəsində yerləşən Məcburi köçkünlər şəhərciyində ev 11, mənzil 61-də kirayədə yaşamışam. Sonra evi satdılar və məni də çıxardılar».

Laçın sakini bildirir ki, Məcburi Köçkünlər Şəhərciyində 5 evi olana birini də verirlər. «Bir çoxları evlərini kirayəyə verib. Bir qismində isə yaşayış belə yoxdur. Mənsə ailəmlə birlikdə düzlərdə qalmışam. Nə dinləyən var, nə də əlac edən. Sosial müavinət də almıram ki, ailəmi bir təhər keçindirəm».

Vidadi Hətəmov rəsmi qurumlara müraciət edərək, onlardan kömək istəyir. Bildirir ki, mənzillə təmin edilməsinə yardımçı olsunlar.

Conflict.az