İcra başçısından Eldar Mahmudova milyonluq ad günü hədiyyəsi

Cəmiyyət

518

İcra başçısından Eldar Mahmudova milyonluq ad günü hədiyyəsiİsmayıllının icra başçısı Mirdaməd Sadıqovun adı da vaxtıykən MTN-nin sabiq naziri Eldar Mahmudovla dost olmaq istəyənlər arasında hallanır.

Mətbuat xəbər verir ki, məlumatlı mənbənin Azxeber.com-a verdiyi məlumata görə, İsmayıllı aksiyalarından sonra icra başçısı təyin edilən Mirdaməd Sadıqov bir müddət sonra bəzi məmurlarla hesablaşmaq məcburiyyətində qalıb.
Sakit təbiyəti ilə seçilən və rayona daha çox ağsaqqallıq etməsi üçün təyin edilən icra başçısı bir müddət sonra İsmayıllı camaatının rəğbətini qazanmaqdan daha çox öz yerini möhkəmləndirməyə üstünlük verib.
Ömrünün böyük bir hissəsini universitet müəllimi kimi çalışan və ilk dəfə yüksək vəzifəyə təyin edilən icra başçısı tez sıradan çıxmamaq üçün hakimiyyət daxilində özünə komanda axtarışına başlayıb.
E.Mahmudovun qılıncının arxasınında,qabağınında kəsdiyi zamanlarda onunla yaxın münasibət qurmağa çalışan icra başçısı digər böyük məmurlardan qoruması üçün ona bahalı hədiyyə verib.
Belə ki, E.Mahmudovun ad günündə o İsmayıllının gözəl mənzərəli yerlərindən birində tikdirdiyi villanı ona hədiyyə edib. Mənbənin sözlərinə görə bu villanın dəyəri təxminən 3- 4 milyon manata yaxın hesablanıb.
Təbii ki, rayonda hər kəsin bu xəbəri tutmasının ardından Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi ilə M.Sadıqov üçün çətin günlər başlayıb. Yuxarıların qəzəbindən qorxan və adının sabiq nazirlə yanaşı hallanmasından çəkinən M.Sadıqov rayonda toplantı keçirərək öz adını təmizə çıxartmağa çalışıb.
Xatırladaq ki, bir müddət bundan öncə Eldar Mahmudova hədiyyə alan icra başçıları arasında Zakir Fərəcovunda adı hallanmışdı. Beləki onun Abşeronun icra başçısı işlədiyi vaxtlarda Eldar Mahmudov üçün general papağı dizaynında milyonluq villa tikdirib hədiyyə etdiyi ortaya çıxmışdı.

Conflict.az