İsmayıllı icra baçısından Eldar Mahmudova 3 milyonluq hədiyyə

Cəmiyyət

490

İsmayıllı icra baçısından Eldar Mahmudova 3 milyonluq hədiyyə Eldar Mahmudovun işdən çıxarılmasından bir ay keçməsinə baxmayaraq, MTN məsələsi gündəmdən düşmür. Hər ötən gün keçmiş MTN şexi ilə bağlı yeni-yeni məlumatlar üzə çıxır.
Vaxtı ilə eks-nazirin qəbuluna düşmək üçün min bir əziyyət çəkənlər, indi adlarının Eldar Mahmudovla hallanmaması üçün hər şey edirlər. Amam necə deyərlər, karvan çoхdan keçib. Vaхt ilə ona yarınmaq üçün atdıqları addımlar indi başlarına bəla olub.
Belələrindən biri də İsmayıllının icra başçısı Mirdaməd Sadıqovdur. Belə ki, eks-nazirə bahalı hədiyyələrin bağışlanması ilə bağlı Qaynar.info-ya yeni məlumat daхil olub. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, keçmiş MTN şexinin hörmətini qazanmaq istəyən İsmayıllının icra başçısı bunun yolunu ona bahalı hədiyyə etməkdə görüb.
Belə ki, Mirdaməd Sadıqov İsmayıllının görməli yerlərinin birində 1.5 hektar ərazidə dəyəri 3 milyon manata yaxın olan villa tikdirib və eks-nazirə hədiyyə edib. Maraqlısı da budur ki, hədiyyə Eldar Mahmudovun doğum gününə təsadüf edib. Bununla icra başçısı həm özünü sığortalamaq, həm də ölkənin əsas adamlarından hesab olunan nazirinin yanında hörmət qazanaq istəyib.
Amma necə deyərlər, sən saydığını say gör, fələk nə sayır. Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Mirdaməd Sadıqov təşvişə düşüb. Bu məsələnin ört-basdır olması üçün hətta iclas da keçirib. Amma artıq bu barədə yuxarı dairələrə məlumat çatdırılıb. Yəqin ki, bu villanı hansı pulla tikdirməsinin haqq-hesabı icra başçısından istəniləcək…
Conflict.az