Azərbaycanda internet kəsildi — Abbasovun "ƏLİ"?

Cəmiyyət

238

Azərbaycanda internet kəsildi — Abbasovun "ƏLİ"?Son bir neçə gündə Azərbaycanda internet istifadəçilərinə verilən internetin sürəti kəskin şəkildə aşağı düşüb.
Ölkə.az xəbər verir ki, bu gün isə səhərdən başlayaraq demək olar ki, Azərbaycandakı bütün provayderlərin müştərilərinə verdiyi internetin sürəti sıfır həddinə enib.
Məlumata görə hələlik ölkə ərazisində "Ultel" və "Bakcell" şirkətlərindən internet alan müştərilər qlobal şəbəkəyə qoşula bilirlər. Geridə qalan bütün provayderlərin müştəriləri isə internetə qoşula bilmirlər.
İddiaya görə, son bir neçə gündə ölkədə internetin çökməsinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən azad edilməsi ilə bağlıdır. Digər bir məlumatda isə bildirilir ki, ölkədə interneti kəsən provayderlər əsasən Əli Abbasov və onun yaxın ətrafına məxsus şirkətlərdir.

Conflict.az