Cabbarov Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Cəmiyyət

419

Cabbarov Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin etdi
Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunub.
Strateq.az xəbər verir ki, şəhərdə yerləşən 4 saylı orta məktəbin direktoru Teymur Qırımxan oğlu Səmədov nazir Mikayıl Cabbarovun əmri ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri təyin edilib.
Məlumatı Xeberle.com-a yeni müdir təsdiqləyib. Bildirib ki, ayın 29-dan yeni vəzifəsinin icrasına başlayıb.
Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin edildikdən sonra keçirdiyi ilk iclasda şəhər təhsil şöbəsinin müdirini, daha doğrusu, o səlahiyyətləri icra edən Vaqif Ələkbərovu kəskin danlayaraq, vəzifədən çıxarıldığını elan etmişdi.
Conflict.az