"Rahat Market"də zəhərli balıq satılır

Cəmiyyət

328

"Rahat Market"də zəhərli balıq satılır Azərbaycandakı "Rahat" marketlər şəbəkəsinə daxil olan "Rahat Metropark" supermarketində insan orqanizmi üçün çox təhlükəli olduğu iddia edilən panqasius və ya Basa balığı satılır.
Dünyanın bir çox ölkələrində bu balığın qida qismində istifadəsi qəti qadağandır.
"Rahat Market"də zəhərli balıq satılır
Basa və ya panqasius balığının tərkibində insan orqanizmi üçün həddən artıq təhlükəli kimyəvi birləşmələr, bakteriyalar, ağır metallar və hormonlar var. Sənaye tullantıları, mərgümüş, toksik və sənaye istehsalını nəticəsində zibil qismində atılan maddələr, bifenil polixronillər, metabolitlər, metal qarışıqları, xlor birləşmələri, heksaxlorheksogen izomerləri, habelə heksaxlorbenzol - bütün bunlar panqasius balığındakı zəhərlərdir.
Səbəb isə odur ki, panqasius balığınını bəsləndiyi və tutulduğu əsas məkan olan, Vyetnamdan axan Mekonq çayı dünyanın ən çirkli, ekoloji fəlakət səviyyəsində olan çayıdır. Mekonqa kimyəvi və dəri zavodların təmizləneməmiş suları, kanalizasiya suları, tarlalardan mineral gübrələr axır.
"Rahat Market"də zəhərli balıq satılır
Panqasius balığının dondurulması zamanı da Mekonq çayının sularından istifadə olunur. Balığın böyüməsini 4 dəfə sürətləndirmək üçün dişi balıqlara Çində istehsal olunmuş təhlükəli hormonlar vurulur.
Bu hormonların tərkibi açıqlanmır, sirr saxlanır. Panqasius balığı çox ucuz olduğundan Asiya, Afrika və Latın Amerikası ölkələrində bu balığı ən kasıb, yoxsul insanlar yeyirlər.
Avropa Birliyinin Səhiyyə Komissiyasının hesabatlarında bildirilir ki, panqasius və ya Basa balığı ilə qidalanan insanın orqanizmində ağır fəsadlar yaranır, böyrəklər sıradan çıxır, qan xəstəlikləri yaranır, daxili orqanlarda yaralar formalaşır.
Bu səbəbdən də ABŞ, Kanada və Avropa Birliyində panqasius balığı, habelə bu balığın ətindən istifadə olunmuş bütün qida məhsulları və yarımfabrikatların satışı məsləhət bilinmir.
"Rahat Market"də zəhərli balıq satılır
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, ölkədə panqasius balığının satılması ilə bağlı araşdırmalar aparılıb. Həmin araşdırmalar balığın tərkibində insan orqanizmi üçün təhlükəli maddələr aşkarlanmayıb. Türkiyəyə də laborator müayinəsi üçün nümunlər göndərilib və oradakı araşdırmalar da panqasius balığında təhlükəli maddələr aşkarlamayıb.
Göründüyü kimi, çox maraqlı mənzərə alınır. ABŞ, Kanada və Avropa Birliyində insan orqanizmi üçün olduqca təhlükəli sayılan panqasius balığı Azərbaycanda asudə şəkildə satılır, satanlara ja gözlərinin üstündə qaşlarının olduğu deyilmir.
Əksinə, balığın az qala orqanizm üçün "faydalı" olduğu vurğulanır.
"Rahat Market"də zəhərli balıq satılır
"Rahat" marketlər şəbəkəsinə gəldikdə isə, bu şəbəkənin baş ofisi ilə əlaqə saxladıq.
Oradan Milli.Az -a "suallarınızı cavablayacağıq" dedilər, amma cavab hələ də alınmayıb...
"Rahat" marketlər şəbəkəsinin Bakının Nərimanov rayonunda, "Metropark" ticarət mərkəzindəki "Rahat Metropark" supermarketində isə panqasius balığı satılmağa davar edir.
Vyetnam, Laos və Kambocada 1 kiloqramı 0,3 dollar olan bu balıq Azərbaycnda 1 kq-ı 3,4-4 manata satılır...
Conflict.az