Bu kolbasaları almayın – Ekspert

Cəmiyyət

111

Bu kolbasaları almayın – Ekspert “Ölkədə kolbasa istehsal edən üç müəssisədən başqa digər heç bir müəssisənin ət və ət məhsullarını almaq məsləhət deyil”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yay aylarında sağlamlığımız üçün təhlükəli olan kolbasa məhsulları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda cəmi üç kolbasa müəssisəsinin məhsulları keyfiyyət göstəricilərinə cavab verir:

“2011-ci ildə ABŞ-ın İnkişaf Agentliyi bizə müraciət edərək Azərbaycan İstehlakçıları Qida Təhlükəsizliyi nişanını təsis etməyi xahiş etdi. Bu, dünyada ilk təcrübə idi. Dünyada ilk dəfə olaraq Azərbaycan İstehlakçıları Qida Təhlükəsizliyi nişanı təsis olundu və dövlət qeydiyyatına alındı. Bununla da Azərbaycanda cəmi 3 müəssisəyə qida təhlükəsizliyi nişanı şamil olunub. “Sevimli dad”, “Sab” və “Səhliyalı” nişanlı ət və ət məhsulları müəssisələri qida təhlükəsizlik nişanı alan müəssisələrdir. Ölkədə olan digər adlarda buraxılan müəssisələrin istehsal etdiyi kolbasaların tərkibində kimyəvi maddələr çox olduğundan, onları almaq məsləhət deyil. Ölkəyə xaricdən gətirilən bir çox kolbasalar var ki, onların da tərkibində kimyəvi maddələr aşkar edildiyindən, xüsusilə yay aylarında onlardan istifadə etmək məsləhət görülmür”.

E.Hüseynov xüsusilə yay aylarında belə məhsullardan alarkən vətəndaşları diqqətli olmağa çağırır:

“Birmənalı olaraq qeyd edirəm ki, bu 3 müəssisənin istehsal etdiyi ət və ət məhsullarından başqa müəssisələrin məhsullarını almaq sağlamlığınız üçün zərərlidir. Onu da qeyd edim ki, Azad İstehlakçılar Birliyinə daha çox xarici istehsal olan məhsullarla bağlı şikayətlər daxil olur”.
Conflict.az