Astaranın icra başçısı dəyişdirilir - Qəzənfər Ağayev həm də ittiham hədəfidir

Bölgə

35

Astaranın icra başçısı dəyişdirilir - Qəzənfər Ağayev həm də ittiham hədəfidirHakimiyyətdən növbəti kadr islahatı qərarı verilə bilər. Yaxın vaxtlarda Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vəzifəsindəın azad ediləcək.

Bu barədə daxil olan məlumatda deyilir. Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lərdə yayılan xəbərdə Qəzənfər Ağayevin digər bir rayona başçı göndəriləcəyi qeyd olunurdu. Amma indi vəziyyətin tamamən dəyişdiyi söylənilir.

Qaynaq açıqlamasında iddia edir ki, Qəzənfər Ağayev çox ciddi ittihamların hədəfidir: "Hələlik bu barədə kimsə danışmağa cürət etməz. Çünki adamın adı Eldar Mahmudovla qoşa çəkilsə də, sonradan vəziyyətdən çıxa bilmişdi. İndi isə daha ağır ittihamlar var və müzakirələr gedir".

Qeyd edək ki, buna qədər Qəzənfər Ağayev uzun müddət Masallı rayonuna rəhbərlik edib. Həmin zamanlar Masallıdan deputat olan Daşkəsənin hazırki icra başçısı Əhəd Abıyev Qəzənfər Ağayevin hətta narkobaronluqda belə ittiham edirdi.

Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ