Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidir

Bölgə

126

 Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidirBir müddət əvvəl xəbər yayıldı ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib. Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.

Daxil olan son məlumata görə, artıq Yediyarovun barəsində həbs qərarı çıxarılıb və bu barədə rəsmi razılığın əldə olunması istənilir.

Məlumatlı mənbə bildirir ki, söhbət böyük büdcə vəsaitinin mənimsənilməsindən gedir və ortada təkzibolunmaz faktlar var.dia.az\\

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq..