Tarix : 8-09-2017, 19:46 | Bölmə: Bolge |
Qəbələdə güclü külək ağacları evin üzərinə aşırdıFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində güclü külək nəticəsində bir neçə ağac fərdi yaşayış evinin üzərinə aşıb.

FHN-in saytının verdiyi məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və aşmış ağacların ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülüb. Ağaclar hissələrə kəsilərək təhlükəsiz əraziyə daşınıb. Əməliyyat saat 16:20-də başa çatıb.

Conflict.az dle 10.1
(Reytinq:0)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla