Külək fəsadlar törədib

Bölgə

365

Külək fəsadlar törədib Bərdədə güclü küləyin əsməsi nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Conflict.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, elektrik naqillərinə ciddi ziyan dəyib. Ağacların aşması nəticəsində damı uçan evlər olub. Bəzi evlərin isə qapı-pəncərələri sınıb. Külək rayon ərazisində məcburi köçkünlərin yaşadığı ərazidə evlərin yaxınlığındakı çoxillik şam ağacını da aşırıb:
"Oturub çay içirdik. Birdən qəfildən boğanaq gəldi. Yeznəmin də maşını burada, qapının ağzında idi. Elə bircə dəfə qışqırdım ki, dur, maşını qaçırt. Maşını qaçırtdı. Uşağın da biri içəridə idi. Ay Sevinc, Ay Sevinc, qışqırdım. Qız gəldi. Buradan dördümüz də qaçdıq", - deyə məcburi köçkün Zabilə Şirinova bildirib.
Bu hadisə nəticəsində xəsarət alan olmasa da, məcburi köçkünlər ərazidə bir neçə təhlükəli ağacın qaldığını deyirlər: "3 təhlükəli ağac qalıb. 2-nə rəy gəlib. 1-i də kəsilməlidir. Külək dünən o birini də yıxıb. Evin üstünə əyilib. Dünən meh əsirdi, tufan deyildi. Gör bərk külək olsa, biz necə olarıq", - deyə məcburi köçkün Xanım Mikayılova bildirib.
Sakinlərin bildirdiklərinə görə, ərazidə təhlükə törədən ağacların yaxın vaxtlarda kəsiləcəyi gözlənilir.
Conflict.az