Abbasovanın bərbad idarəçiliyi və xəstə ölümləri

Bölgə

247

Abbasovanın bərbad idarəçiliyi və xəstə ölümləri Son illər Azərbaycan əhalisi müalicə üçün qonşu dövlətlərə daha çox gedir.
Əsasən İran və Türkiyəni seçən insanlar, Rusiya və Gürcüstan səhiyyəsinə də müraciət edirlər. Onlar bu halı qonşu ölkələrdə səhiyyə xidmətlərinin və dərmanların ucuz olması, mütəxəssislərin daha çox olması ilə əlaqələndirirlər.Düzdür, Səhiyyə Nazirliyi bildrir ki bu tendensiya azalıb. Ancaq fakt onu deyir ki, azalma yoxdu. Azərbaycanlılar öz həkimlərimizə etibar etmir.

Savadsız deyil….

Həkimlərimizi savadsız hesab etmirik, sadəcə bizim həkimlər universiteti bitirən zaman vicdan sözü və mənası haqqında hər şeyi unudub iş həyatına başlayırlar. Pul xətrinə yanlış diaqnozlar, səhv müalicələr,dərman biznesi, pullu xidmət…

Halbuki 15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib.
Səhiyyə Nazirliyinin sözçüsü Səmayə Məmmədova deyir ki, bu qərara əsasən dövlət müəssələrində stasionar müalicə alan xəstələrin müayinə və müalicəsi pulsuz aparılır. Yalnız Diqanostika mərkəzləri və stomotoloji mərkəzlər pullu xidmətlər göstərirlər. Çünki onlar təsərrüfat xarakterlidir.



Ağdamda pullu səhiyyə, səhv diaqnozlar…

Təəsüf ki, düşmənlə üz-üzə dayanmış Ağdam rayonunda səhiyyə bərbad gündədi. Ötən saylarımızda baş həkim Gülnar Abbasovanın dərman biznesi və başçılıq etdiyi səhiyyə ocağındakı neqativ hallardan yazmışdıq. Səriştəsizlik ucbatından burada neçə insan öz həyatını itirib.
Belə qalmaqallı hadisələrdən biri də yaşadığımız günlərdəki doğum evindəki uşaq ölümüdür.Eyni zamanda

mediaya ötən ilərdə şikayətlə müraciət edən Elgiz Məmmədov bildirirdi ki, 29 oktyabr 2011-ci il tarixində o, həyat yoldaşı Simuzər Hüsü qızı Məmmədovanı xəstəliyi ilə əlaqədar Ağdam rayon Mərkəzi Xəstəxanasına gətirib. Burada xəstəxananın Sadiq və Elxan adlı iki həkimi xəstənin təcili əməliyyat olunmasının zəruriliyini söyləyərək Elgiz Məmmədova almalı olduğu dərmanların siyahısını veriblər. Həmin dərmanların alınmasına Elğiz təxminən 170 manat pul xərcləyib. Xəstə əməliyyata alınıb və bundan sonra daha 13 gün reanimasiya şöbəsində saxlanılıb. Bu müddət ərzində həkimlər Elgizə ümumilikdə daha 3500 manata yaxın vəsaitə başa gələn iynə və dərman preparatları aldırıblar. Amma ən acınacaqlısı budur ki, bütün bunların müqabilində 13 gün reanimasiya şöbəsində yatan xəstə nəticədə həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişib. Həkimlər isə bundan sonra da Elgizə nə ölümün səbəbləri barədə, nə də apardıqları müalicənin təfərrüatlarına dair heç bir açıqlama verməyiblər. Bundan sonra Mərkəzi Xəstəxananın baş həkimi Gülnar Abbasovaya müraciət edərək baş verənlərə izahat almaq istəyən Elgiz burada daha sərt və etinasız münasibətlə qarşılaşıb. Sadəcə olaraq baş həkim onu otağından qovub.\ideologiya.az\

Conflict.az