İmişli polisi: Mən hər gün plan verməliyəm

Bölgə

247

İmişli polisi: Mən hər gün plan verməliyəm Möhübbət Cabbarov: Polis nəfəri hərəkətdə olmayan avtomobilin sürücüsü kimi haqqımda cərimə protokolu yazdı.

Beyləqan şəhər R.Axundov küçəsi, ev 92-də yaşayan Möhübbət Cabbarov Daxil İşlər naziri Ramil Usubova İmişli rayon polis idarəsinin əməkdaşı ilə bağlı şikayət ərizəsi ünvanlayıb. Ərizəsinin bir surətini də Conflict.az-a ünvanlayan şikayətçi qeyd edir ki:
- 24.11.2015-ci il tarixdə İmişli rayonu Həzi Aslanov küçəsində, 11 BG 137 dövlət nömrə nişanlı avtomobilim dayanacaqda hərəkətsiz vəziyyətdə durduğu halda Xaləddin adlı yol polisi avtomobilə yaxınlaşaraq bildirdi ki, ön oturacaqda azyaşlı uşağın əyləşməsi qadağandır. Polis nəfəri hərəkətdə olmayan avtomobilin sürücüsü kimi haqqımda cərimə protokolu yazdı. Maşını dayanacaqda saxladığımı, mühərrikkin işlək vəziyyətdə olmadığını nəzərə almayan polis qanunsuz əməlini rəsmiləşdirmək üçün avtomobilin şəkilini də çəkdi.
İmişli polisi: Mən hər gün plan verməliyəm
Polis nəfərinə onun qanundan kənar əməllərini izah edərkən bizə yaxınlaşan polis kapitanına özümü təqdim etdim. Eyni zamanda tətbiq olunan inzibati cəzanın qanunsuz, düzgün olmadığını bildirdim. Həmin polis kapitanı Xaləddin adlı polis çavuşuna hadisə ilə bağlı iradını bildirsə də, çavuş artıq protokolu yazdığını qeyd etdi. Dərhal hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək narazılığımı bildirsəm də, məsələ ilə əlaqədar hər hansı reaksiya verilmədi. Polis çavuşu Xaləddin Zeynalov mənimlə söhbətində bildirdi ki, “rayona yeni rəis təyin olunub. O bizdən iş tələb edir. Bundan başqa mən hər gün plan da verməliyəm”.
Cənab nazir!
Xahiş edirəm hadisə ilə bağlı tədbir görülməsi üçün aidiyyatı strukturlara göstəriş verəsiniz.
İmza: M.N.Cabbarov
30.11.2015-ci il
Tel: 070 772-47-77

Redaksiya yazıda adı çəkilən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırdır.
Conflict.az